CityMed MMC

CityMed MMC öz təcrübəli və mükəmməl ixtisaslı işçi heyəti və böyük məqsədləri ilə Azərbaycanda sayılıb seçilən , yüksək sərmayeyə malik tibbi təchizat üzrə distribüter şirkətidir.Şirkət 13.06.2016-cı ildə yerli sərmayedarlar tərəfindən yaradılmışdır.Hal –hazırda şirkətdə 60-dan çox əməkdaş fəaliyyət göstərir.CityMed MMC dövlət xəstəxənaları, hospitallar, klinikalar, kiçik poliklinikalar,apteklər şəbəkəsi və digər tibb mərkəzləri ilə işləyir. Şirkətin 20-dən çox distribüteri mövcuddur.Bunlara Hünkar , Faber kimya & ilaç, Reamedix,Cross medical & beauty equipment,Vacumed ,Multikan,Beybi və s firmalar aiddir.Şirkət şəxsi markaların istehsalı və idxalı ilə də məşğuldur.Greenline və Happy marka adları CityMed MMC-nin şəxsi markalarına aiddir.Türkiyə , Almaniya, İtaliya, Amerika, Böyük Britaniya, Çin , Malaziya, Hindistan və Rusiyanın tibbi avadanlıq şirkətləri ilə sıx əməkdaşlıq edir.Şirkət əməkdaşlarçün tibbi avadanlıqlar və tibbi sərf materialları ilə bağlı treninqlər təşkil edir və mütəmadi olaraq tibbi konfranslarda iştirak edir.Belə treninqlərdən biri şirkət əməkdaşlarının satış bacarıqlarını inkişaf etdirmək üçün təşkil olunmuş “Effektiv Satış” adlı treninqdir.İştirak etdiyi konfranslardan bəziləri bunlardır: Arab Health Exhibition, Hiltonda təşkil olunmuş tibbi konfrans, Bakutel Exhibition and Conference, Türkiyə və Almaniyada təşkil olunmuş GPIS.

Tibbi müəssisələrin layihələndirilməsi.  

 

 

CityPharm MMC və CityMed MMC müxtəlif növ tibb müəssisələrinin, laboratoriyaların, sanator-kurort müəssisələrinin, eləcə də SPA və kosmetoloji mərkəzlərin layihələndirilməsi sahəsində böyük təcrübəyə malikdir. Şirkət aşağıdakı işləri həyata keçirir:

    Tibb müəssisəsinin (laboratoriyanın, sanator-kurort müəssisəsinin, SPA və kosmetoloji mərkəzin) yerləşəcəyi ərazinin, binanın qiymətləndirilməsi.

  Ölçmə işlərinin aparılması

 Tibb müəssisələrinin (laboratoriyaların) lisenziya alması üçün zəruri otaqların siyahısının tərtib olunması
 Tibb müəssisəsinin (laboratoriyanın, sanator-kurort müəssisəsinin, SPA və kosmetoloji mərkəzin) yerləşməsi üçün tələb olunan ərazinin hesablanması

 Tibb müəssisəsinin (laboratoriyanın, sanator-kurort müəssisəsinin, SPA və kosmetoloji mərkəzin) ümumi sahəsinin azaldılması və ya mövcud sahəyə əlavə edilməsi məqsədilə ərazi və funksional sxemlərin optimallaşdırılması 

 

 “Təmiz ərazilərin”: əməliyyatxanaların, reanimasiya otaqlarının  layihələndirilməsi

 Tibb  müəssisələrinin (laboratoriyanın, sanator-kurort müəssisəsinin, SPA və kosmetoloji mərkəzin)layihələndirmə işinin kompleks şəkildə həyata keçirilməsi

 Layihəyə aid texniki məsələlərdə sifarişçiyə məsləhətlərin verilməsi: avadanlıq və materialların seçilməsi, yerləşdirilməsi, otaqların dizaynı, arakəsmələrin seçilməsi

  Sifarişçiyə tibbi avadanlıqların və tibbi mebelin seçilməsi üzrə məsləhətlərin verilməsi. Avadanlıqların təchizatı və quraşdırılması

       Layihənin müşayiəti: müəllif nəzarəti.

Texniki Servis:
Biz sadəcə avadanlıqların satışı ilə kifayətlənmirik!  CityMed MMC və CityPharm MMC texniki servis departamenti, dünyanın bir çox ölkələrində təlim keçmiş yüksək ixtisaslı texnik, elektron və kompüter mühəndislərinin köməyi ilə istifadədə olan tibbi, kosmetoloji və SPA avadanlıqlarının texniki baxışını həyata keçirir. Departament texniki cəhətdən tam təchiz olunmuş ofis, çağırışlara operativ reaksiya vermək üçün nəqliyyat vasitələri ilə təmin olunub. Bu cəhətdən təmirə ehtiyacı olan cihazlar operativ olaraq həm yerində, həm də ofisə gətirilərək təmir edilir və təcili olaraq sahibinə təhvil verilir. Digər tərəfdən cihazlarda yaranmış nasazlıqların xarakterindən asılı olaraq CityMed MMC və CityPharm MMC şirkəti müştəriləri lazımi ehtiyat hissələri, həmçinin yeni, daha müasir cihazlarla təmin etmək iqtidarındadır. CityMed MMC və CityPharm MMC texniki servis departamenti aşağıdakı xidmətləri təklif edir:  Tibbi və kosmetoloji avadanlıqların texniki baxışı  Laborator avadanlıqların texniki baxışı  Birdəfəlik təmir xidməti Uzunmüddətli servis müqavilələri  Tibbi avadanlıqların kompleks texniki xidmətinin təşkili  Tibbi avadanlıqlar üçün ehtiyat hissələrinin, sərf məlzəmələrinin təchiz edilməsi  Tibbi avadanlıqların proqram təminatının yenilənməsi və təkmilləşdirilməsi

 

CityMed şirkəti  "Caspian awards" layihəsinə göstərdiyi dəstəyə görə diplomla təltif olunmuşdur.

 

 

CityMed tibbi avadanlıq mərkəzində 24 saat ərzində çatdırılma xidməti mövcudddur.Çatrılma üçün operatorlarımız ilə əlaqə saxlayın .

012 464 83 15

050 464 83 15

055 465 83 15

 

 

 

About